Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 47 nəfər saxlanılıb - VİDEO

Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 47 nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 10 iyul 2014 13:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Cari ilin iyun ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 24 nəfəri Azərbaycan, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya, 2 nəfəri İran və hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna, Almaniya vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində Astara, Lerik, Yardımlı və Zaqatala rayonlarının ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kiloqram narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 ədəd tapança, 2 ədəd 16 mm-lik tüfəng, 114 ədəd müxtəlif ölçülü patron, 1 ədəd zirehli gödəkçə, 15 ədəd elektroşok, 1 ədəd beşbarmaq, 35 ədəd qızıl-gümüş qol saatı, 34500 Avropa valyutası, 636 ədəd araq, 1780 qutu siqaret, 131900 ədəd dərman preparatı, 1 baş at, 145 ədəd pirotexniki vasitə, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR