Bank Of Baku

SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb

SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
# 06 sentyabr 2026 00:01 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında üç neft tankerinin və digər ərazilərdə ABŞ-la əlaqəli üç gəminin hədəfə alındığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, bu addım ABŞ-nin İran İslam Respublikasına məxsus üç neft tankerinə hücumuna cavab olaraq atılıb.

SEPAH-ın iddiasına görə, Hörmüz boğazında “icazəsiz marşrut” üzrə hərəkət edən üç neft tankeri, eləcə də digər ərazilərdə ABŞ-la əlaqəli üç gəmi hədəfə alınıb.

SEPAH Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazı yaxınlığında hərəkət edən bütün gəmilərə də xəbərdarlıq edib.

“ABŞ ordusunun aldatmalarına uymayın və icazəsiz su yollarından keçmək məqsədilə hər hansı şübhəli hərəkətdən çəkinin. Əks halda, hədəfə alınacaqsınız”, – bəyanatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR