Paşha Bank
Bank Of Baku

Laçında Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Laçında Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
# 05 noyabr 2026 17:17 (UTC +04:00)

Laçın rayonunun Bəylik kəndində Zəfər Gününün 6-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiya “Laçın rayonunun Bəylik kəndi ərazisində yaşıllıqların artırılması” layihəsi çərçivəsində təşkil olunub.

Tədbir “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı, “Qarabağ Dirçəliş Fondu”nun maliyyə dəstəyi ilə baş tutub.

Aksiyanın əsas məqsədi Laçının tarixi və mədəni simvollarından biri olan “Bəylik Bağları” ərazisində meyvə bağının yenidən salınması, ənənəvi aqrar fəaliyyətin canlandırılması və ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verməkdir.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər.

Daha sonra “Bəylik Bağları” ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiya işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası və yaşıllıq sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR