Paşha Bank
Bank Of Baku

Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb

Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
# 05 noyabr 2026 16:49 (UTC +04:00)

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR