Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” adlı toplantı keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” adlı toplantı keçirəcək
# 28 avqust 2015 07:30 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 8-9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstan prezidenti Rozen Plevneliyevin himayəsi ilə "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusunda 6-cı ali səviyyəli toplantısını keçirəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, toplantı Diasporla İş üzrə Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq.

UNESCO-nun baş direktoru İrina Bokova bununla bağlı açıqlamasında deyib ki, çoxlu sayda ölkə və hökumət başçılarının, nüfuzlu beynəlxalq simaların və nüfuzlu beynəlxalq təşkilatlarının, ictimai sektorun təmsilçilərinin qatılacağı bu önəmli toplantı dünya üçün əhəmiyyətlidir: “Hazırda dünya onu narahat edən qlobal problemlərin həll olunması üçün vahid yanaşmanın müzakirə olunması, dayanıqlı sülh mədəniyyətinin yaradılmasına ehtiyac var. Buna yalnız təkcə Avropada deyil bütün dünyada acıq dialoq və qarşılıqlı hörmətlə əldə etmək olar."

Ərəb Liqasının sabiq baş katibi (2001-2011) Amr Mussa isə deyib ki, bu toplantı Avropada son baş verən hadisələr fonunda Avropadakı siyasi əməkdaşlığın yaşadığı krizisi müzakirə etmək üçün önəmli şansdır.

4-cü Qlobal Bakı Toplantısına hazırlıq məqsədi daşıyacaq bu toplantının işində Rozen Plevneliev, Bolqarıstan prezidenti Gjorge İvanov, Makedoniya prezidenti Mladen İvanic, Bosniya və Herseqovina prezidenti Bronoslav Komorovski, Polşa prezidenti və o cümlədən Andorra, Albaniya, Belçika, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Estoniya, Misir Ərəb Respublikası, Kanada, Xorvatiya, Ukrayna, Latviya, Finlandiya, Kolumbiya, Serbiya, Slovakiya, Sloveniya, Avstriya, Rumıniyanın sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis olunmasının 3 illiyi də qeyd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR