Xaçmazda yaşayış evində yanğın olub

Xaçmazda yaşayış evində yanğın olub
# 03 iyun 2016 06:51 (UTC +04:00)

Bakı-APA. Bu gün Xaçmaz rayonu, Xaspoladoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları 70 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR