Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 İyul
# 27 iyul 2016 18:12 (UTC +04:00)

Neftin qiymətində uzun müddətdir davam edən qeyri-stabilik artıq sual yaradır - OPEK haradadır?

Əslində adı çəkilən təşkilat heç vaxt, deyildiyi kimi, güclü təsir qüvvəsinə, bazarda inhisarçılıq gücünə malik olmayıb. Bazarın əsas aparıcı qüvvəsi həmişə Səudiyyə Ərəbistanı olub. Bəs indi nə baş verir? Krallıq niyə dünyanın neft bazarlarında dominantlığını sübut edə bilmir?

Bunun əsas səbəbi kimi ABŞ-dakı slans inqilabının dünyanın enerji bazarlarına göstərdiyi təsiri, Sakit okean regionu ölkələrinin neft ixracatçıları üçün hazırda yeganə istinad nöqtəsinə çevrildiyini və Rusiyanın Çin bazarına yol tapmasını göstərmək olar. Və çox güman ki, Səudiyyə Ərəbistanı üçün ən ağrılı məsələ məhz Çin bazarının əldən çıxmasıdır ki, sözü gedən zonada hakimiyyətə Rusiya yiyələnib. Bunun baş verməsinə isə Qərbin 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya sanksiyalar tətbiq etməsi şərait yaratdı. Bu həm də Çin üçün sərfəlidir. Çin Kremlin acınacaqlı vəziyyətindən istifadə edərək, Rusiyadan enerji daşıyıcılarını daha aşağı qiymətə almağa başlayıb. Üzünə Asiya bazarlarının qapıları açılan rus şirkətləri Hindistan və İndoneziyanın bazarlarına da çıxmağa imkan tapıb. Bu iki ölkə isə Səudiyyə Ərəbistanının strateji planları üçün son dərəcə böyük əhəmiyyət daşıyır.

Görünən budur ki, adı çəkilən coğrafi ərazidə mövqeyini yenidən ələ keçirmək üçün ər-Riyad bütün variantlara əl atacaq, bu isə neftin daha da ucuzlaşacağı anlamına gəlir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR