Bakıda minik maşını yük avtomobili ilə toqquşub, ağır xəsarət alan var - FOTO

Bakıda minik maşını yük avtomobili ilə toqquşub, ağır xəsarət alan var - FOTO
# 29 may 2024 02:04 (UTC +04:00)

Bakının Yasamal rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində baş verib.

Belə ki, yol ayrıcından keçən “Vaz-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirib.

Nəticədə “KamAz” markalı yük maşını minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü ağır xəsarət alıb.

Fakt üzrə avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR