Gəncədə intihar məqsədilə üzərinə yandırıcı maye tökən şəxs 4 gün sonra xəstəxanada ölüb

Gəncədə intihar məqsədilə üzərinə yandırıcı maye tökən şəxs 4 gün sonra xəstəxanada ölüb
# 28 may 2024 20:11 (UTC +04:00)

Gəncə şəhərində narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Naməddin Əliyev cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.

APA-nın yerli bürosunun məlumatına görə, ailə üzvlərinin şikayəti əsasında onun barəsində araşdırmalara başlanılıb.

Törətdiyi əməllərə görə elektron qolbaq daşıyan N. Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında ailə üzvlərinin şikayətlərini geri götürmələri tələbi ilə üzərinə yandırıcı maye töküb, onlara qarşı iddialar səsləndirib.

Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, mayın 25-də xəstəxanada ölüb.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Hazırda aidiyyəti üzrə hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR