Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb

Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb
# 24 aprel 2013 13:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan gömrükçüləri ölkəyə gələn İran vətəndaşından narkotik maddə aşkarlayıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Joudı Heragh Alıreza Yaghoub oğlundan gömrük nəzarətinə bəyan etmədiyi - üzərində “Methadone 5 mg” sözləri yazılmış 1 ədəd konvalyutda 10 ədəd və ayrıca 20 ədəd sintetik narkotik vasitə sayılan metadon adlı həblər, üzərində “Buprenorphine 2” sözləri yazılmış 1 ədəd konvalyut kəsiyində isə bupronorfin adlı 7 ədəd həb aşkar olunaraq götürülüb.

Qeyd edək ki, sintetik narkotik vasitə sayılan metadon adlı həblər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” II Siyahısına daxildir və 30 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir. Bupronorfin adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddələrin” II Siyahısına daxildir və 7 ədəd həbdə bupronorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,014 qramdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR