Ermənilər Azərbaycanın yaşayış məntəqələrinə çaylarla mərmi axıdırlar - VİDEO

Ermənilər Azərbaycanın yaşayış məntəqələrinə çaylarla mərmi axıdırlar - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 15:22 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində müşahidə edilib. Ərazidə axan arxdan su kəsildikdən sonra sakinlər partlayıcı mərmilər və hissələrini görüblər. Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilər onlar tərəfindən qəsdən axıdılır.

Məlumata görə, kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən bu hal təhlükə yaradır.

Kənd sakinləri arxdan mərmi və qalıqlarının tapılması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR