Bakının Nizami rayonunun su təchizatı məhdudlaşdırılır

Bakının Nizami rayonunun su təchizatı məhdudlaşdırılır
# 04 iyul 2016 09:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlə olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir. Bununla əlaqədar iyulun 4-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR