Müsavat Məclisi deputatlığa namizədləri avqustun 29-da təsdiq edəcək

Müsavat Məclisi deputatlığa namizədləri avqustun 29-da təsdiq edəcək
# 15 avqust 2015 08:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının deputatlığa namizədlərinin təsdiqinə partiya Məclisinin avqustun 29-na təyin edilən toplantısında baxılacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

O bildirib ki, partiyanın parlament seçkilərinə artıq 73 dairədən namizədi müəyyənləşib: “Elə dairələr var ki, orada 3 namizəd var və bu məsələdə daha şanslı namizəd qeydə alınacaq. Növbəti Məclisdə namizədliyi artıq məlum olan üzvlər təsdiq ediləcək. Amma yerdə qalanların məsələsi ilə bağlı ya Məclisin fövqəladə toplantısı çağırılacaq, ya da Divana həvalə olunacaq. Yəni, siyasi qərar Məclisin 29 avqust toplantısında veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR