Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 31-də səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 31-də səs verəcəklər
# 05 may 2015 15:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Türkiyə Böyük Millət Məclisinə iyunun 7-də keçiriləcək seçkilərlə mayın 31-də səs verəcəklər.

APA-nın “Milliyyet”ə istinadən verdiyi məlumata görə, səsvermə bir gün olacaq. Səsvermə ilə əlaqədar Azərbaycanda 3 Türkiyə təmsilçiliyində seçki məntəqəsi açılacaq. Ümumilikdə, parlament seçkiləri ilə əlaqədar Türkiyənin 54 ölkədəki 112 nümayəndəliyində seçki məntəqələri yaradılacaq. Xarici ölkələrdə səsvermə mayın 8-dən 31-nə kimi davam edəcək.

Həmçinin xaricdə yaşayan Türkiyə vətəndaşları 8 may-7 iyun tarixlərində 33 gömrük məntəqəsində qurulmuş seçki məntəqələrində səs verə biləcəklər. Türkiyə vətəndaşlarının sayının 500-dən aşağı olduğu ölkələrdə səsvermə qutusu qoymayacaq. Bu səbəbdən də 89 ölkədə qeydiyyatda olan 18 min 288 Türkiyə vətəndaşı səs verə bilməyəcək. Səsvermə məntəqələrinin açılacağı ölkələrdə isə Türkiyə vətəndaşlarının sayı 2 milyon 858 min 652 nəfərdir. Səslər Türkiyədə hesablanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR