Azərbaycan aqrar sığorta sahəsindəki boşluqların aradan qaldırılması üçün İsveçrə ilə işçi qrupu yaradır

Azərbaycan aqrar sığorta sahəsindəki boşluqların aradan qaldırılması üçün İsveçrə ilə işçi qrupu yaradır
# 02 oktyabr 2014 13:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrənin “SWISS Re” şirkətinin rəhbəri Martin Parker illə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi aqrar sahədə sığorta risklərinin “SWISS Re” şirkəti tərəfindən təkrar sığortası ilə bağlı fikir mübadiləsinin aparılması olub.

H. Əsədov iqtisadiyyatın əsas prioritet sahəsi olan kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edib və bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.

M. Parker rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verərək bu şirkətin yeni innovasiyalar, yeni xidmətlərlə məşğul olduğunu qeyd edib. Dünyada olan fəlakətlərin (su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) yetmiş beş faizinin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini, lakin ödənişin dövlət tərəfindən ödənildiyini bildirib. Bu şirkətin sığorta sahəsində böyük təcrübəyə malik olduğunu və dünyanın bir sıra ölkələrində bu sistemin tətbiq olunduğunu, Azərbaycanla da bu sahədə əməkdaşlığa önəm verdiyini qeyd edib.

H. Əsədov kənd təsərrüfatında əsas iki təbii fəlakətin – quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirərək sığorta sahəsində olan boşluqların aradan qaldırılması məqsədilə bu şirkət tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması istiqamətlərində bu şirkətin təcrübəsindən istifadə olunmasını və gələcək birgə fəaliyyət üçün işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR