Bakıda Alman Birliyi Günü qeyd olunub

Bakıda Alman Birliyi Günü qeyd olunub
# 30 sentyabr 2014 19:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Almaniyanın Azərbaycandakı səfirliyi Almaniya Federativ Respublikasının milli bayramı - “Almaniyanın Birləşməsi Günü” münasibəti ilə təntənəli mərasim təşkil edib.

APA-nın məlumatına görə, tədbiri açan Almaniyanın ölkəmizdəki səfiri Haydrun Templ bu günün ölkəsi üçün böyük önəm daşıdığını deyib.

Səfir Almaniya-Azərbaycan münasibətlərinə toxunaraq bu əlaqələrin günü-gündən inkişaf etdiyini, Azərbaycanın Almaniya üçün yaxın tərəfdaşa çevrildiyini bildirib.

Azərbaycan dövləti adından tədbirdə iştirak edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına toxunaraq son ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını vurğulayıb. Almaniyanın güclü təhsil sistemi olduğunu deyən nazir müavini hər il Almaniya universitetlərində azərbaycanlı tələbələrin sayının artmasının sevindirici hal olduğunu qeyd edib.

Azərbaycanlı diplomat Dağlıq Qarabağ probleminin həlli prosesində Almaniya Parlamentinin dəstəyinin vacib olduğunu vurğulayaraq, bu münaqişənin ədalətli həllində Almaniyanın rolunun daha da artacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR