Latviyanın sabiq prezidenti: “Nizami Gəncəvinin fikirləri XXI əsr üçün də aktualdır”

Latviyanın sabiq prezidenti: “Nizami Gəncəvinin fikirləri XXI əsr üçün də aktualdır”
# 28 aprel 2015 08:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Forumunun həmsədri Vayra Vike-Frayberqa deyib.

V. V. Frayberqa bildirib ki, SSRİ-nin süqutundan sonra müstəqil dövlətlər çətin durumlarla qarşılaşıblar: “Bu gün dünyada çətin vəziyyətdə olan insanlar var. Yeri gəlmişkən, mən uşaq olanda valideynlərim də qeyri-adi şəraitə düşmüşdülər, onlar SSRİ-də qalmaq istəmirdilər. Onlar Latviyadan ən son gedən qayığa minə biliblər. Bu qayıqları vurmaq üçün torpedolarla zərbələr endiriblər, qayıqların bir qismi batıb, insanların bir qismi ölüb”.

V. V. Frayberqa qeyd edib ki, Nizami Gəncəvinin dedikləri XXI əsr üçün də aktualdır: “Nizami Gəncəvinin fikirləri qanunun aliliyi, köləlikdən azad, demokratik cəmiyyətlərə keçidi tərənnüm edir. BMT bu sahədə inkişafa nail olmağa çalışdı. Bu konfransın məqsədi sizin fikirlərinizi dinləmək, fərqlilikləri ortaya çıxarıb təhlil etməkdir. Bu gün dünyada silahlardan istifadə olunur, dövlətlər, şəhərlər dağıdılır. Cəmiyyətdə yaxşı ideyalar irəli sürülməli və bölüşdürülməlidir. Bu mənada Bakıda keçirilən forum çox önəmlidir. Prezident İlham Əliyev bu forumların, tədbirlərin əhəmiyyətini qiymətləndirir və Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə dəstək verir. Mən prezident İlham Əliyevə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR