Tərtərdə avtomobil aşıb, ölən var

Tərtərdə avtomobil aşıb, ölən var
# 24 iyul 2014 16:09 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mirzəyev Seymur Məhiyyədin oğlu idarə etdiyi 90 NB 824 nömrə nişanlı, "Mercedes" markalı minik maşınını aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti məlum olmayan sərnişini isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR