Azərbaycan müdafiə naziri Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib

Azərbaycan müdafiə naziri Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib
# 10 mart 2015 12:08 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvəti ilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniyanın müdafiə naziri Yanko Veberin dəvəti ilə martın 12-dən 14-dək Sloveniyada olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR