Asiya Müsəlmanları Komitəsinin sədri: “İstəyirik ki, gənclərimiz dəyişiklikləri və islah anlayışını düzgün qəbul etsinlər”

Asiya Müsəlmanları Komitəsinin sədri: “İstəyirik ki, gənclərimiz dəyişiklikləri və islah anlayışını düzgün qəbul etsinlər”
# 16 aprel 2015 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Belə mədəni konfransların təşkili ictimai sülhün dərinləşməsi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Ötən əsrin 90-ci illərində Azərbaycana gələrkən, bu ölkəyə qarşı qəribə hisslər keçirmişəm, heyrətamiz cazibə hissi yaşamışam. Bəlkə də bunun ən mühüm səbəblərindən biri Allahın bu ölkəyə nemət olaraq bəxş etdiyi dini tolerantlığın, ictimai sülhün, əmin-amanlığın, müasir dövr və onunla ayaqlaşa bilmənin mövcudluğudur".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Küveytin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adel Əl-Faleh deyib.

“İstəyirik ki, gənclərimiz dəyişiklikləri və islah anlayışını düzgün qəbul etsinlər, bu anlayışların qavranılması zamanı təhriflərə yol verməsinlər. Bu isə öz növbəsində cəmiyyətin islahına gətirib çıxaracaq. Bunun üçün bizə çox möhkəm elmi bazası olan müəssisələr, təsisatlar lazımdır. Heç bir şübhə yoxdur ki, qarşı tərəflə real zərurətin səbəblərini araşdırmaq, bunu düşünən şəxsi aydın bir həqiqətə çatdırmaq bəşər tarixinə müraciət etməyi sövq edir. Həmin həqiqətin mənası bundan ibarətdir ki, insan həyatında qədim dövrlərdən böyük ixtilaflar yaranıb, bunlar acı toqquşmalara, mübarizələrə gətirib çıxarıb. Bütün bunlar insan qanının tökülməsinə gətirib çıxarıb", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR