Azərbaycan Gürcüstana təbii qazın ixracını 8% artırıb

Azərbaycan Gürcüstana təbii qazın ixracını 8% artırıb
# 26 avqust 2014 09:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 162 305,5 min dollar dəyərində 793 253,7 min ton neft ekvivalentində təbii qaz idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan təbii qazın həcmi dəyər baxımından 21,2% çoxdur.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 46,7%-i təbii qazın payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 337 627,6 min dollar dəyərində məhsul ixrac edilib. Yəni, Gürcüstanın ixracatının 20,3%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR