Saatlıda fermada yanğın olub

Saatlıda fermada yanğın olub
# 19 iyun 2016 21:37 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Əliabad kəndində vətəndaşa məxsus fermanın ərazisində yığılmış 130 ton ot bağlamasının 60 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR