Azərbaycanda miqrasiya ilə bağlı cərimələri sərhəd-keçid məntəqələrində ödəmək mümkün olacaq

Azərbaycanda miqrasiya ilə bağlı cərimələri sərhəd-keçid məntəqələrində ödəmək mümkün olacaq
# 14 iyun 2016 13:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin ödənilməsi mexanizmi təkmilləşdirilib.

APA-nın məlumatına görə, yenilik cərimələrin sərhəd-keçid məntəqələrində elektron qaydada ödənilməsi ilə bağlıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bundan sonra Azərbaycanın istənilən sərhəd-keçid məntəqəsində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cəriməni elektron qaydada ödəmək mümkün olacaq.

Qeyd edək ki, bu yay Azərbaycanda “ASAN Viza” sistemi işə salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR