Fələstinli nazir İsrail əsgərləri ilə qarşıdurma zamanı ölüb - VİDEO

Fələstinli nazir İsrail əsgərləri ilə qarşıdurma zamanı ölüb - <span style="color: red;">VİDEO
# 10 dekabr 2014 13:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Fələstinli nazir Ziyad Əbu Ein İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma zamanı ölüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Fələstinin Qərbi Şəriyə ərazisində baş verib.

İsrail hərbçiləri ilə qarşıdurma zamanı vəziyyəti pisləşən Z. Əbu Ein təcili tibbi yardım maşını ilə Ramallah xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.

Ziyad Əbu Einin Nazirlər Kabinetinin üzvü olduğu bildirilir, lakin hansı sahəyə cavabdeh olduğu açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR