Azərbaycanlı sahibkarlar İndoneziyada keçiriləcək çayçılıq konfransına dəvət alıb

Azərbaycanlı sahibkarlar İndoneziyada keçiriləcək çayçılıq konfransına dəvət alıb
# 01 oktyabr 2014 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İndoneziyada çayçılığa həsr olunmuş iclas keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, noyabrın 3-4-də İndoneziyanın Bandunq şəhərində İndoneziya Çay Şurası və Bandunq Beynəlxalq Çay Konvensiyası, noyabrın 5-7-də isə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Hökumətlərarası Qrupunun (İGG/FAO) 21-ci sessiyası çərçivəsində çayçılığa həsr olunmuş iclas baş tutacaq.

Tədbirlər İGG/FAO və İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirlərdə iştiraka dəvət olunurlar.

İclasda iştirakda maraqlı olan azərbaycanlı iş adamları və sahibkarlar İGG/FAO və ya İndoneziyanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR