QDİƏT baş katibi: "QDİƏT çərçivəsində konstruktiv dialoq terrorizmlə mübarizəyə yardım edə bilər"

QDİƏT baş katibi: "QDİƏT çərçivəsində konstruktiv dialoq terrorizmlə mübarizəyə yardım edə bilər"
# 01 iyul 2016 11:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA."Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində konstruktiv dialoq terrorizmlə mübarizəyə yardım edə bilər".

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Soçidə keçirilən iclasında təşkilatın baş katibi Maykl Xristidis deyib.

O bildirib ki, Rusiyanın ambisiyalı planı sayəsində geridə qalan yarım il çox faydalı keçib. “İstanbul aeroportunda baş verən faciə göstərdi ki, regionumuzda qeyri-sabitlik, terrorizm mövcuddur. Türkiyəyə başsağlığımı çatdırıram. Bu problemlərə qarşı ən yaxşı cavab müxtəlif məsələlərlə bağlı ümumi və konstruktiv dialoq ola bilər”,-deyə baş katib əlavə edib.

Bununla yanaşı, M. Xristidis QDİƏT-da yarımillik sədrlik mexanizminin illik mexanizmlə əvəz edilməsini təklif edib. Onun sözlərinə görə, iştirakçı ölkələrin illik yardımlarının artırılması və layihələrin maliyyələşdirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR