Liviyanın Benqazi şəhərində terror aktı törədilib, ölən və yaralananlar var

Liviyanın Benqazi şəhərində terror aktı törədilib, ölən və yaralananlar var
# 11 iyun 2016 02:41 (UTC +04:00)

Bakı-APA. Liviyanın sayca ikinci ən iri şəhəri Benqazidə terror aktı baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR