Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək

Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək
# 07 avqust 2015 08:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Akademik Milli Dram Teatrı və Gürcüstanın K. Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır.

H. Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq.

Layihə çərçivəsində "Şeyx Sənan" faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə gerçəkləşəcək. Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissədə isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR