Aralıq dənizində bir sutkada 4 500 miqrant xilas olunub

Aralıq dənizində bir sutkada 4 500 miqrant xilas olunub
# 05 iyul 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizində son bir sutkada Şimali Afrikadan Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4,5 minədək miqrant xilas olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, gün ərzində həyata keçirilmiş 30-dək xilasetmə əməliyyatına İtaliyanın hərbi-dəniz qüvvələri, sahil mühafizə xidməti, həmçinin Aİ Sərhədlərinə Nəzarət Agentliyinin (Fronteks) canlı qüvvə və vasitələri cəlb olunub.

İtaliyanın sahil mühafizə xidmətinə məxsus “Diciotti”gəmisi bir gün ərzində 1104 qaçqını xilas edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR