"Azpetrol": Dünya bazarında neftin ucuzlaşması investisiya planlarımıza güclü təsir etməyəcək

"Azpetrol": Dünya bazarında neftin ucuzlaşması investisiya planlarımıza güclü təsir etməyəcək
# 05 iyun 2015 12:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Biz ümid edirik ki, dünya bazarında enerji resurslarının qiymətindəki mümkün dəyişiklik "Azpetrol" şirkətinin investisiya planına çox güclü təsir etməyəcək".

"APA-Economics"in məlumatına görə, bunu “Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov deyib.

Onun sözlərinə görə, yanacağın emalının azalmasının təsirləri istehlak bazarında hiss edilməyib və yanacağın topdan və pərakəndə satışı ilə məşğul olan şirkətlər üçün problem yaratmayıb: "Bu iqtisadi siyasətin nəticəsi odur ki, bizim şirkətimiz Avropa standartlarına uyğun fəaliyyət göstərir və heç bir vasitəçi olmadan öz istehlakçılarımızı yüksək keyfiyyətli neft yanacağı ilə təmin edir. Özəl sektorda sahibkarlığın inkişafı və zəruri şərtlərin yaradılmasına görə, dünya bazarında benzinin qiymətindəki dəyişiklik istehlak bazarına əhəmiyyətli dərəcədə təsir etrməməlidir. Azərbaycan hökuməti tərəfindən atılan istənilən addım, eləcə də enerji daşıyıcılarının müəyyən edilməsi real bazarın və iqtisadi sferanın diqqətli təhlilinə əsaslanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR