Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşəlik ərazidə yanğın başlayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə vaxtı ilə saat 19:30 radələrində başlayan yanğın qısa müddətdə yaşayış məskənlərinə yaxınlaşıb.
Yanğınla əlaqədar yaxınlıqda yerləşən evlərin sakinlərinin təxliyəsinə başlanılıb.
Əraziyə Muğla Meşə Regional İdarəsinin əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub.