Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir - VİDEO

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 06:40 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 5-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 2-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0481 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0046 manat və ya 0,39% artaraq 1,1766 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% ucuzlaşaraq 0,0158 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR