Milli Məclis “Azərbaycanla Tacikistan arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişi ratifikasiya edəcək

Milli Məclis “Azərbaycanla Tacikistan arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişi ratifikasiya edəcək
# 20 noyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Azərbaycan hökuməti ilə Tacikistan hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

APA-Economics”in məlumatına görə, saziş barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayrının 26-da Tacikistanın Düşənbə şəhərinə səfəri zamanı iki ölkənin başçıları arasında imzalanıb.

Onun sözlərinə görə, bundan sonra hər iki ölkə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq edəcəklər: “Əsasən də bitki karantini sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi, dövlət karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək əsas götürüləcək. Sazişin müddəalarının həyata keçirilməsini və əlaqələndirilməsi işini Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti xidməti ilə Tacikistan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi Xidməti həyata keçirəcəklər. Sazişdə, tərəflərin bir ölkədən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilən fitosanitar qaydalarına riayət etmələri qeyd edilib”.

Komitə sədri əlavə edib ki, bu sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflər diplomatik kanallarla sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minir: “Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər tərəfə yazılı şəkildə məlumat verməlidir. Əks təqdirdə onun qüvvəyə minməsi avtomatik şəkildə növbəti 5 illik müddətlərə qədər uzadılacaq”.

Qeyd edək ki, saziş təsdiq edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR