Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 21 iyun 2016 20:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncə şəhər sakini zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini, 1990-cı il təvəllüdlü Seymur Məmmədov dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, S. Məmmədov səhvən dərman həbləri qəbul etdiyinə görə zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR