Azərbaycanda bir gündə 2 nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Azərbaycanda bir gündə 2 nəfəri elektrik cərəyanı vuraraq öldürüb
# 04 noyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə 2 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində yaşayan Ramal Əliyev və Lerik rayonunun Cənginəvud kəndində yaşayan Elmir Səfərov elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR