Bakı Metropolitenində kadr dəyişikliyi olub

Bakı Metropolitenində kadr dəyişikliyi olub
# 03 sentyabr 2014 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub. Bu barədə APA-ya QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, qurumun sədri Zaur Hüseynovun sərəncamına əsasən, indiyədək baş mühəndis vəzifəsində çalışan Fuad Tağızadə vəzifəsindən azad edilərək, Təlim-Tədris Mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

F.Tağızadənin yerinə isə xidmət rəisi işləmiş Əlixan Osmanov təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR