Hacıqabulda 40 hektar ərazidə yanğın baş verib

Hacıqabulda 40 hektar ərazidə yanğın baş verib
# 18 iyun 2016 11:54 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax magistralının 130-cu kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndi yaxınlığında 40 hektardan çox sahədə quru ot və kol-kos yanır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sakinlərə məxsus pay torpaqlarında baş verən yanğının söndürülmsəinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə Xidmətinin avtomobil və canlı qüvvəsi cəlb edilib. Yanğının lokallaşdırılması davam edir. Bəzi yerlərdə qazılan suvarma kanalları, küləkli hava şəraiti və ərazinin böyüklüyü yanğının söndürülməsini çətinləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR