AZAL Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşları bərpa edir

AZAL Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşları bərpa edir
# 23 iyul 2014 08:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Həştərxan-Bakı istiqamətində (Bazar ertəsi/Çərşənbə axşamı günləri) müntəzəm uçuşların yerinə yetirilməsini bərpa edir.


"APA-Economics"in AZAL-a istinadən verdiyi xəbərə görə, qeyd edilən istiqamət üzrə Bakıdan uçuş saat 19:00-da, Həştərxanda eniş isə 19:20-də yerinə yetiriləcək.

Həştərxandan isə təyyarə saat 03:15-dən havaya qalxacaq və saat 05:35-də Bakıda eniş edəcək.

Qeyd edək ki, Bakı-Həştərxan-Bakı marşrutu üzrə uçuşlar müasir və komfortlu "Embraer" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR