"Texnikabank"ın əmanətçilərinə 119 mln. manata yaxın kompensasiya ödənilib

"Texnikabank"ın əmanətçilərinə 119 mln. manata yaxın kompensasiya ödənilib
# 04 iyul 2016 07:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Seçilmiş agent banklar tərəfindən sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 mln. 916 min manatdan artıq kompensasiya ödənilib.

Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq dörd kommersiya bankı seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR