Azərbaycanda hüquqi şəxslər də dövlət sirrinin qorunmasında məsuliyyət daşıyacaqlar

Azərbaycanda hüquqi şəxslər də dövlət sirrinin qorunmasında məsuliyyət daşıyacaqlar
# 24 aprel 2013 09:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda hüquqi şəxslər də dövlət sirrinin qorunmasına görə məsuliyyət daşıyacaqlar. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Dövlət sirri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən qanunun 30.1-ci maddəsində “dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar” müddəasında “qanunvericiliyini pozan” sözlərindən sonra “hüquqi şəxslər” sözləri də əlavə edilir. Bununla hüquqi şəxslər də vəzifəli şəxslər və vətəndaşlar kimi dövlət sirrinin qorunmasında məsuliyyət daşıyırlar.

Layihə Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR