Pirallahıda 1 nəfər dənizdə itkin düşüb

Pirallahıda 1 nəfər dənizdə itkin düşüb
# 22 iyun 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda dənizdə 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR