Salyanda ölən körpələrin meyitləri Bakıda ekspertizadan keçiriləcək

Salyanda ölən körpələrin meyitləri Bakıda ekspertizadan keçiriləcək
# 21 iyun 2016 15:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Salyanda ölən körpələrin meyitləri ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Birlikdən APA-ya verilən xəbərə görə, ölümün səbəblərini öyrənmək üçün meyitlər müayinə olunacaq. Müayinələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xüsusi komissiyası tərəfindən aparılacaq və 2-3 həftə ərzində davam edəcək. Körpələrin ölüm səbəbi müayinələrin nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR