Zaqatalada fərdi yaşayış evində yanğın olub - VİDEO

 Zaqatalada fərdi yaşayış evində yanğın olub - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 10:48 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Tala kəndində Hicran Qazilovaya məxsus, ümumi sahəsi 144 kv/m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 10,5 kv/m-lik mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq, yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR