Çində kütləvi zəhərlənmənin qurbanlarının sayı 53 min nəfərə çatıb, ölkədə fövqəladə vəziyyət elan oluna bilər
22 sentyabr 2008 10:36 (UTC +04:00)
Melamin maddəsindən zəhərlənən 13 min uşağın 80 faizi az yaşlı uşaqlardır. Artıq zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan uşaqlardan 4-ü vəfat edib. Çin Səhiyyə Nazirliyi 104 uşağın vəziyyətinin ağır olduğunu bildirir. Xəstəxanaya müraciət edən 40 minə yaxın şəxs isə ambulator müayinədən keçirilərək evə buraxılıb. Xarici agentliklər ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan oluna biləcəyini xəbər verirlər. Kütləvi zəhərlənməyə səbəb olan quru süd qatışığının Shijiazhuang Sanlu Group Co. şirkətinin müəssisələrində hazırlandığı bildirilir. Maraqlıdır ki, son dövrlər Çindən xarici ölkələrə idxal olunan kofe, südlü çay və krem-sup kimi yarımfabrikatların da tərkibində təhlükəli melamin maddəsi aşkarlanıb. Bununla bağlı artıq Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumatlar çatdırılıb. Tayvan dünədən etibarən Çindən süd məhsullarının idxalına qadağa qoyub. Eyni zamanda Çindən “Nestle” firmasının süd məhsullarının idxalı da dayandırılıb.
Asiya
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar
07:05
3 may 2024
Yaponiya və ABŞ hipersəs silahları əleyhinə raketin hazırlanmasına 3 milyard dollar xərcləyəcək
05:25
3 may 2024
ABŞ ordusu Yəmənin Husilərin nəzarət etdiyi bölgəsində üç PUA məhv edib
03:49
3 may 2024
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb - YENİLƏNİB
00:15
3 may 2024