Bank Of Baku

Hərbi çevrilişə hazırlıq iddiası ilə Türkiyədə istefada olan iki general tutulub

Hərbi çevrilişə hazırlıq iddiası ilə Türkiyədə istefada olan iki general tutulub
# 26 fevral 2010 23:50 (UTC +04:00)
Bakı – APA. Türkiyədə «Balyoz Planı» adlı hərbi çevriliş hazırlamaları iddiası ilə saxlanılmış istefada olan iki general tutulub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istefada olan ordu generalı Çetin Doğan və Türkiyə Silahlı Qüvvələrini gücləndirmə Dərnəyinin rəhbəri, istefada olan Korgeneral Engin Alan tutularaq prokurorluqda istintaqa cəlb olunublar.

Generallar Türkiyə hökumətini güc yolu ilə devirməyə təşəbbüs göstərməkdə ittiham olunarlar.
Əvvəlcədən tutulmayacağı iddia edilən Çetin Doğan «mücadilənin hələ təzə başladığını» deyib.
Məlumata görə, Çetin Doğana istintaq zamanı verilmək üçün 100 sual hazırlandığı bildirilsə də, general cəmi 60 suala cavab verib.
Prokurorluqda ifadə verdikdən sonra hər iki general Metris həbsxanasına aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR