“Hizbullah”ın hücumu nəticəsində Livanın cənubunda 4 İsrail hərbçisi öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Ölənlərdən birinin tank batalyonunun komandiri olduğu bildirilib.
Məlumata görə, hərbçilər “Hizbullah”a məxsus kamikadze dronun İsrail ordusunun tankına çırpılması nəticəsində ölüb.