İsrailin Livanın cənubunda apardığı hərbi əməliyyatlarda 18 nəfər ölüb.
Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri gecədən səhərədək cənubi Livanda 10 kənd və qəsəbəni bombalayıb, nəticədə 18 nəfər ölüb, daha 33 nəfər isə xəsarət alıb.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə bəyan edib ki, "bütün Livan yandırılmalıdır".