Bank Of Baku

Gürcüstan Avropaya inteqrasiya yolundan dönmək niyyətində deyil

Gürcüstan Avropaya inteqrasiya yolundan dönmək niyyətində deyil
# 27 fevral 2010 04:51 (UTC +04:00)
Bakı-APA. Gürcüstan Avropaya inteqrasiya yolundan dönmək niyyətində deyil. APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili parlament qarşısında illik hesabatı zamanı bildirib.

Onun sözlərinə görə, «gürcü xalqı çoxdan Avropaya aparan avro-atlantik kursu seçib».

Saakaşvili onu da bildirib ki, «bir çox qüvvələr respublikanı bu yoldan çəkindirməyə çalışır, lakin bütün təhdid və şantajlara baxmayaraq Gürcüstan heç vaxt diz çökməyəcək».

Rusiya barədə fikirlərini bildirən prezident əminliklə qeyd edib ki, bu ölkə ilə mnasibətlər nə vaxtsa, hökmən normallaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR