Bank Of Baku

Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib
# 28 fevral 2010 00:46 (UTC +04:00)
Baku – APA. Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Tokio şəhərindən 1500 km aralıda Okinava adasında olub. Bu haqda məlumatı “Rusiya 24”-ə istinadən APA yayıb.

Yeraltı təkanlar su təchizatında problemlərə səbəb olub. Lakin insan tələfatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Yaponiya və Çili seysmik zona sayılan Sakit Okean odlu halqasına daxildir. Hər iki dövlətin ərazisi seysmik cəhətdən aktiv sayılan zonada yerləşdiyindən burada tez-tez güclü zəlzələ və vulkanlar baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR