Bank Of Baku

İran müxalifətinin lideri ölkənin diktaturaya yuvarlandığını deyir

İran müxalifətinin lideri ölkənin diktaturaya yuvarlandığını deyir
# 28 fevral 2010 02:07 (UTC +04:00)
Bakı-APA. İran müxalifətinin aparıcı lideri Mir Hüseyn Musəvi ölkədə ruhani hakimiyyətindən diktaturaya keçid baş verdiyini bildirib. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, sabiq baş nazirin bəyanatı şənbə günü onun veb saytında açıqlanıb. Həmin yazıda Musəvi həmçinin hökumətin 11 fevralda, İslam İnqilabının ildönümündə, müxalifət fəallarına qarşı basqılarını pisləyib. O, əlavə edib ki, bayram nümayişləri dövlət tərəfindən təşkil olunub. İki gün öncə ali dini rəhbər Ayətulla Əli Xameneyi bildirmişdi ki, prezident Mahmud Əhmədinejadın prezidentliyini qəbul etmədiyi üçün müxaliət siyasi sistemin tərkib hissəsi olmaq hüququnu itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR